Vaxt.Az

SEPAH-ın daha bir generalı məhv edildi


 

Hücumda İsrailin 200 təyyarəsi iştirak edib

SEPAH-ın daha bir generalı məhv edildi İranın cavab zərbələri zərərsizləşdirilir. Bu barədə İsrail Ordusunun mətbuat xidmətinin sözçüsü Effi Defrin jurnalistlərə açıqlamasında məlumat verib.

“İran Ordusu son bir neçə saat ərzində İsrail ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib”, – Defrin deyib.

O diqqətə çatdırıb ki, bütün hücum tədbirlərinin qarşısı uğurla alınır.

Bu arada İsrail Hərbi Hava Qüvvələri İrana endirilən zərbələr üçün təyyarələrin hazırlanması və havaya qalxması anlarını əks etdirən görüntüləri yayımlayıb.

Ümumilikdə əməliyyatda 200-dən çox təyyarə iştirak edib və zərbələr beş dalğa şəklində həyata keçirilib.

İlk dalğalar İranın hava hücumundan müdafiə sistemlərini iflic edib və növbəti qruplar üçün təhlükəsiz keçid təmin olunub.

İranın dövlət media orqanları SEPAH-ın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandiri Qulaməli Rəşidin öldürülməsini təsdiqləyib.

Əvvəllər isə SEPAH-ın Baş Komandanı Hüseyn Səlaminin öldürülməsi xəbəri təsdiqlənmişdi.

***

Qeyri-rəsmi mənbələrdən daxil olan məlumata görə, İsrailin həyata keçirdiyi genişmiqyaslı hava hücumları zamanı SEPAH-ın Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani də hədəf alınıb və öldürüldüyü ehtimal olunur.

Hazırda bu məlumat rəsmi qurumlar tərəfindən nə təsdiqlənib, nə də təkzib edilib. İsrailin əməliyyatlarının əsas məqsədinin İranın yüksək rütbəli hərbi rəhbərliyini zərərsizləşdirmək olduğu bildirilir.

***

İsrailin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyatlar üzrə rəis müavini, general Məhədi Rəbani öldürülüb. Bu barədə bəzi yerli mənbələr məlumat yayıb.

Hadisə ilə bağlı hələlik İran rəsmilərindən rəsmi təsdiq və ya geniş açıqlama verilməyib.

 





13.06.2025    çap et  çap et