Bu, ondan xəbər verir ki, Azərbaycanın
hesablaşması nüfuzu var. Hələ üstəlik bu ali qonaq Azərbaycanın iqtisadi
inkişaf tempinin Avropa üçün belə qibtə doğuracaq olduğunu səmimiyyətlə etiraf
edirsə, onda bura əlavə etməyə ehtiyac qalmır.
Fransa Prezidentinin Azərbaycana səfəri
bizdən ötrü həm də onun Ermənistana xüsusi təsirinin olması amili ilə
maraqlıydı. Düşünürəm ki, Bakıdan-İrəvana yola düşən qonağın əlinin duzunu bir
az sonra görəcəyik. Rəsmiyyət barədə bu qədər. İndi isə mən iki Fransa
prezidentinin Azərbycana səfərini tutuşdurmaq istəyirəm. Ortada fərqlər var.
Beləliklə, 2011-ci ilin payızı.
Prezident Nikola Sarkozi Azərbaycana gəlir.
Sarkozi Azərbaycan əsgərini demək olar
ki, saya salmadan keçir və gedir. Şəhidlər Xiyabanımıza baş çəkmir və atüstü
bir təbəssüm. Bununla da hər şey sona varır.
Bu isə artıq 2014-cü ilin səfəridir.
Prezident Fransua Olland. O, özgə məscidinə öz qaydaları ilə soxulmur. Tam bir
diplomatik səliqə İlə, nəzakətlə Azərbaycanın bayrağına və əsgərinə hörmətlə
davranır.
Nikola Sarkozinin baş çəkmədiyi Şəhidlər
Xiyabanına baş da çəkir, bu başı hələ ehtiramla əyir də. Olland bilir ki,
normal dövlət başçısı belə yerdə özünü necə aparmalıdır.
Fransa prezidenti Azərbaycanda ağac da əkir. Əmindir ki, nə əkəcəksə, onu da biçəcək.