Natanz, İranın nüvə proqramının əsas sütunlarından biri sayılırdı və beynəlxalq mübahisələrin mərkəzində yer alırdı. Obyektə endirilən zərbələrin infrastrukturu ciddi şəkildə dağıtdığı, obyektin fəaliyyətinin tamamilə dayanmasına səbəb olduğu bildirilir.
Bu hücum İranın strateji nüvə imkanlarına vurulan ən ağır zərbələrdən biri kimi qiymətləndirilir və regionda gərginliyin daha da artacağı ehtimal olunur.
İran tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Əlavə məlumatlar verildikcə xəbər yenilənəcək.
***
İsrailin İrana hücumlarının ilk dalğası çox effektiv oldu.
Nüvə mərkəzləri ilə yanaşı, İran ordusunun komandanları da hədəf alınıb. İddialara görə, İranın ən yüksək rütbəli iki zabiti - Baş Qərargah rəisi Bağeri və SEPAH komandanı Hüseyn Salami öldürülüb. Görünən odur ki, İran bu hücumlara qarşı hazırlıqsız imiş.
İran hakimiyyəti daxilində SEPAH-dan qurtulmaq istəyənlərin olduğu bariz idi və hazırda proseslər onların istədiyi kimi davam edir. İsrail Xameneyinin “qolları”nı kəsdi və belə bir vəziyyətdə rejimin çox davam gətirəcəyinə də inanmaq olmur.
HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumu hər dəfə daha fərqli perspektivdən görünür. “Əl Əqsa tufanı”nın nəticəsi İran və müqavimət şəbəkəsi üçün çox dağıdıcı oldu.
***
İsrailin hücumları başlamazdan əvvəl İranın içərisində olan “Mossad” qrupları İranın yer-hava raket sistemlərinin yerləşdiyi əraziyə yaxın açıq ərazilərdə sistemlər yerləşdirmək üçün fəaliyyət göstərib. Bu sistemlər İranın hava hücumundan müdafiəsini tıxandırıb, sıradan çıxardı, bu da İsrailə öz təyyarələrindən hava-yer raketləri atmağa imkan verdi.
“Mossad” gizli maşınlarla İrandakı strateji yerlərə qədər gedib və yerləşdirilən bütün sistemlər İranda qurulub.
“Mossad” həmçinin hücumdan xeyli əvvəl İranın daxilində PUA bazası yaratmışdı. İsrailin hücumu zamanı kamikadze PUA işə salınıb və Tehran yaxınlığındakı Əsfaqabad bazasında yerləşən və İsraildəki strateji hədəflər üçün təhlükə yaradan raket buraxılış qurğularını məhv edib.
İlk hədəflərdən biri, Həmədandakı “Subaşı” radar mərkəzi olub.