İran XİN-in sözçüsü həmin təlimlərin “suveren hüquq”dan irəli gəldiyini bildirdi, “İran sionist rejimin öz sərhədləri yaxınlığında olmasına dözməyəcək”, – dedi. Bir il sonra, 2022-ci ilin oktyabrında Tehran hərbi təlim çərçivəsində Azərbaycan sərhədi yaxınlığında Araz çayı üzərindən ponton körpüləri çəkərək çayı keçdi. Bunla da İran növbəti dəfə hərbi təxribat törətdi. 2023-cü ilin martında İran Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Azərbaycanın hava məkanına daxil oldu. İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı, Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri İran qırıcısının Azərbaycanın hava məkanına daxil olmasını pisləyən birgə bəyanat yaydı.
İran İsrail-HƏMAS müharibənin başlayandan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə İsrailə xam neft tədarükünə görə Türkiyə və Azərbaycana qarşı koordinasiyalı təbliğat hücumlarına başladı. Türkiyədəki İrandan ruhlanan, “HƏMAS”ı dəstəkləyən islamçı və solçu dairələr İsrailə neft ixracını dayandırmaq məqsədilə bir neçə nümayiş keçirdi və Azərbaycan neft şirkəti SOCAR-ın İstanbuldakı ofislərinə dəfələrlə hücum etdi. Qəribədir ki, İran Ermənistanın əsas enerji təchizatçılarından biri olması və onilliklər ərzində Ermənistanın işğalı altında olan Qarabağ bölgəsini neft məhsulları ilə təmin etməsi faktı Türkiyədəki islamçı və solçu dairələr tərəfindən analoji etirazla qarşılanmayıb...
İranın Azərbaycanın kritik enerji infrastrukturuna zərbələr endirəcəyi ilə bağlı rəsmi Tehran tərəfindən dəfələrlə hədə-qorxu dolu bəyanatlar səslənib. Dünən öldürülən generallar da həmin sırada yer aldırdı...