Neft qiymətləri İsrailin hücum hədələrindən sonra İranın paytaxtı Tehranda güclü partlayışlar barədə xəbərlərdən sonra bahalaşıb.
Birja ticarətində “Tokioda Nikkei 225” 1,2 faiz ucuzlaşaraq 37 719,82, Seulda “Kospi” isə 1,4 faiz ucuzlaşaraq 2 879,08-ə düşüb. Honq Konqun “Hang Seng” indeksi 0,9 faiz azalaraq 23 831,85, “Şanxay Kompozit İndeksi” isə 0,8 faiz azalaraq 3 375,16 olub.
Avstraliyanın “S&P/ASX 200” indeksi 0,3 faiz azalaraq 8535,90-a düşüb.
“Economist Intelligence”dən Ksu Tiaçen deyib ki, İsrailin İrana hücumu "əsas 10 qlobal risk arasında yer alır, lakin Asiya bazarlarının münaqişəyə nisbətən məhdud məruz qalması və Səudiyyə Ərəbistanı və BƏƏ ilə artan əlaqələri səbəbindən sürətlə bərpası gözlənilir.
İrana hücumlardan sonra “S&P 500” fyuçersləri 1,5 faiz, “Nasdaq 100” fyuçersləri 1,7 faiz və “Dow Jones Industrial Average” fyuçersləri 1,4 faiz ucuzlaşıb.
Bu gün erkən valyuta ticarətində ABŞ dolları bir qədər bahalaşaraq 143,67 Yapon yeninə yüksəldi. Avro ABŞ dollarına nisbətdə təxminən 0,5 faiz ucuzlaşaraq 1,1528 dollar olub.