Beləliklə, təhlükə İranın sərhədinə çatdı və İsrail bu ölkəyə qarşı müharibəyə başladı. Tel-Əvivin iki məqsədi var. Birinci məqsəd İranın nüvə potensialını ortadan qaldırmaq və bu ölkəni uranı zəninləşdirmək potensialından birdəfəlik məhrum etməkdir, ikinci məqsəd İranı daxildən parçalamaqdır. İran rejimi böyük itkilərə rəğmən, müqavimət gücünü artırmağa çalışacaq. Ona görə də İsrailin hər iki hədəfinə çatıb-çatmayacağı hadisələrin sonrakı gedişatı göstərəcək. İranın durumunu ağırlaşdıran məqam ətrafında dost və tərəfdaş dövlətlərin sayını artırmaması, bununla yanlış strategiyaya üstünlük verməsidir. Rejim bölgədə tərəfdaşlarının sayını artırmaq əvəzinə müxtəlif silahlı qruplara hər il on milyardlarla dollar xərcləməyə, qonşu dövlətlərin daxili işlərinə qarışmağa, “Zəngəzur dəhlizinə imkan verməyəcəyik” kimi yersiz açıqlamalara üstünlük verdi.