Netanyahu videomüraciətində “Bu əməliyyat məhv olmaq təhlükəsini aradan qaldırmaq üçün lazım olduğu müddətcə davam edəcək. Tel-Əviv İranın İsrailin varlığına yaratdığı təhlükəni aradan qaldırmaq üçün indicə xüsusi hərbi əməliyyata başlayıb. Bu əməliyyat bu təhlükəni aradan qaldırmaq üçün lazım olan müddətə qədər davam edəcək”.
Netanyahu davam etdi: “Biz İranın hərbi nüvə proqramının ürəyinə zərbə vurduq. İranın Natanzdakı əsas uranın zənginləşdirmə obyektini hədəfə aldıq”.
Netanyahu hücumların İranın ballistik raket proqramının ürəyini və nüvə bombası üzərində işləyən iranlı alimlərini hədəfə aldığını bildirib.