Vaxt.Az

“Hörmüz boğazını bağlamağı düşünürük”


 

İran dünyanın ən mühüm neft daşıma qapısına qıfıl vurmaq istəyir

“Hörmüz boğazını bağlamağı düşünürük” İranın rəsmi xəbər agentliyinin məlumatına görə, parlamentin təhlükəsizlik komitəsinin üzvü İsmayıl Əl-Qövsəri İranın strateji əhəmiyyətə malik olan Hörmüz boğazını bağlamağı ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Oman və İran arasında yerləşən Hörmüz boğazı dünyanın ən mühüm neft daşıma qapısıdır.

Dünən səhər tezdən İsrail İranın nüvə və hərbi infrastrukturunun ürəyinə şiddətli hücuma keçib. Tel-Əviv, əsas obyektləri hədəf almaq və yüksək rütbəli generalları və nüvə alimlərini öldürmək üçün İrana qaçaqmalçılıq yolu ilə gətirilən döyüş təyyarələri və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. İsrail, zərbənin İranın nüvə silahı əldə etməyə yaxınlaşmasının qarşısını almaq üçün lazım olduğunu bildirib. İran ordusu bu gün pilotsuz təyyarələrin İsraildəki hədəfləri uğurla vurduğunu açıqlayıb. SEPAH müşaviri isə İranın İsrailə qarşı cavab əməliyyatında 150 hədəfi bombaladığını bildirib.

 





14.06.2025    çap et  çap et