Vaxt.Az

Lavrov kömək istəyir


 

XİN rəhbəri ATƏT-i bütün imkanlarını istifadə etməyə çağırıb

Lavrov kömək istəyir Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna hərbçiləri tərəfindən saxlanılan rusiyalı jurnalistlərin azad olunması ilə bağlı ATƏT-dən kömək istəyib. Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, «LifeNews» portalının jurnalistləri Oleg Sidyakin və Marat Sayçenko Kramatorsk şəhəri yaxınlığında Ukrayna Millin Qvardiyasının əsgərləri tərəfindən saxlanılıb.

«Mayın 18-də Kramatorsk şəhəri yaxınlığında «LifeNews» portalının jurnalistlərinin saxlanılması ilə əlaqədar olaraq XİN rəhbəri Lavrov ATƏT-in sədri, İsveçrə prezidenti Didye Bürkhalterlə əlaqə yaradıb və onu rusiyalıların təcili azad olunması üçün bu təşkilatın bütün imkanlarını istifadə etməyə çağırıb», - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilir.

 





19.05.2014    çap et  çap et