Vaxt.Az

İran diplomatiyasının sükut anı


 

Daha iranlı generalların və mollaların təhdid üslubu işləməyəcək

İran diplomatiyasının sükut anı İsrailin İrana son hücumu strateji-yəhudi dövlətinin təhlükəsizliyi məqsədi daşıyır. Müşahidələr göstərir ki, əsas niyyət düşünüldüyündən daha dərin qatlara gedə bilər. Artıq Tramp İrana “nüvə proqramından imtina edin, əvəzində İran imperiyasının qalıqlarını xilas edin” mesajını verib.

İndiyə qədər İranı xarici siyasəti, rəqiblərə, xüsusilə İranın sevmədiyi ölkələrə qarşı əsasən iki mərhələli qurulurdu.

Birinci mərhələdə yüksək çinli hərbçilər və ya təhlükəsizlik rəhbərləri hansısa açıqlamalar verirdi, mollalar siyasi təhdidlər səsləndirirdi. İkinci mərhələdə diplomatlar prosesə daxil olub təhdid etdikləri və ya qarşıdurmada olduğu dövlətlərlə danışıqlara başlayır, minimum maraqlarını təmin edirdilər.

İndi vəziyyət dəyişir, yüksək çinli hərbçilər İsrail tərəfindən ovlanır, İran hərbi gücü sındırılır. Bundan sonrakı mərhələdə İran diplomatları üçün çətin dövr başlayacaq. Daha iranlı generalların və mollaların təhdid üslubu işləməyəcək. Deməli, İran diplomatiyası üçün əsl sınaq mərhələsi başlayır.

Məhz bu mərhələ İran diplomatiyasının nə dərəcədə uzaqgörən və hansı potensial imkanları olduğu ortaya çıxaracaq. Hərbi gücü bir anda sındırılan ölkəni ən pis durumdan çıxaran diplomatiya olur.

 





14.06.2025    çap et  çap et