Vaxt.Az

İnsanlıq dərs alacaqmı?


 

Tel-Əvivin bombalanması və müharibənin unudulan dəhşətləri

İnsanlıq dərs alacaqmı? Bəşəriyyət yaddaşını tez-tez itirir. Unutmaq insanın təbiətindədir – xüsusilə də qorxunu. Müharibə isə məhz qorxudan doğulmur. O, qorxunun, ehtiyatın, ağlın, məsuliyyətin itirilməsindən yaranır.

Bu gün Tel-Əvivin səmalarında partlayan raketlər təkcə konkret bir şəhərin taleyini dəyişmir – o, həm də bir epoxanın sonuna işarədir. Uzun illər boyu müharibə qərb insanı üçün ekranın o üzündə qalmışdı – o, bir oyun idi, yüksək keyfiyyətli qrafika ilə silahlandırılmış, “azadlıq” və “təhlükəsizlik” adı ilə satışa çıxarılmış bir fantaziya. Müharibə İraq idi, Əfqanıstan idi, Liviya idi, amma heç vaxt Paris deyildi, Berlin deyildi, və əlbəttə ki, Tel-Əviv deyildi.

Lakin dünya dəyişdi. Təkqütblü dünyanın süqutu ilə başlayan çoxqütblü reallıq yeni bir hesablaşma dövrünü gətirdi. Artıq oyun bitib. Qərbin simasında əbədi toxunulmazlıq illüziyası dağılır, dəmir və odun dili yenidən Avropanın və Aralıq dənizi sahilinin qapılarına dayanır. Bu, sadəcə geosiyasi dəyişiklik deyil – bu, qlobal psixoloji dəyişikliyin başlanğıcıdır.

Üç onillik – liberal hegemonluğun zərif paketə bükülmüş zorakılığı, ideoloji coşqu və hərbi sərsəmlik – Qərbi həqiqi müharibənin nə olduğunu unutmağa vadar etdi. Onlar elə zənn etdilər ki, ağrı, bombalar, dağılmış evlər və cəsədlər yalnız “başqalarının” taleyidir. Amma tarix heç vaxt yalnız bir tərəfi əzizləməz. Tarix qisası illərlə yığar, sonra qəfil və amansız şəkildə ortaya çıxar. Və o zaman ən çox unudanlar – ən çox əzab çəkənlər olurlar.

Tel-Əvivin bombalanması – təkcə müharibə hadisəsi deyil, həm də metaforadır: o, aldatmanın, riyakarlığın və haqsızlıqla dolu illərin simvolik cavabıdır. Bu, həm də xatırlatmadır: heç bir hegemonluq əbədi deyil. Hər bir imperiyanın qürub vaxtı var.

İndi isə sual budur: insanlıq bu dəfə dərs alacaqmı? Yoxsa növbəti unudulmuş dəhşətlərin labüd təkrarı ilə üz-üzə qalacaq?

 





16.06.2025    çap et  çap et