Vaxt.Az

Ruslarla birgə əməliyyatlar başladı


 

Sərhəddə postlar qurulub

Ruslarla birgə əməliyyatlar başladı Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb. Vaxt.az APA-ya istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. «Sərhəd-sipər» şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.

Zaqatala sakinlərinin məlumatına görə, rayon ərazisində postlar qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

Qax Rayon Polis Şöbəsindən əməliyyatların aparılması təsdiqlənsə də, əməliyyatın məxfi olduğunu əsas gətirərək ətraflı məlumat verilməyib.

Quba Rayon Polis Şöbəsindən isə bildiriblər ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

 





19.05.2014    çap et  çap et