“CNN-News18” xəbər verir ki, Hindistanın qərbindəki Pune şəhərində İndrayani çayı üzərindəki körpü uçub. Körpünün uçması nəticəsində 6 nəfər ölüb.Məlumatda 25 nəfərin su altında qaldığı bildirilir.
Hadisə şahidinin “Reuters” agentliyinə verdiyi məlumata görə, körpü çökən zaman bir qrup turist onun üzərində olub.
Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin xilasetmə işləri davam edir.
çap et