1. İnsanları canlı qalxan kimi istifadə etmək
Rejim bilərəkdən silah və raketləri insanların yaşadığı yerlərə yaxın saxlayır. Niyə? Çünki əgər bir düşmən bu yerləri bombalasa, günahsız insanlar öləcək və rejim bundan təbliğat üçün istifadə edəcək: “Bizim günahsız insanlara hücum etdilər!” deyərək özünü qurban kimi göstərmək istəyəcək.
2. Kəşfiyyatın qarşısını almaq və yalançı məlumat yaymaq
Hərbi obyektləri gizlətmək üçün rejim onları rəsmi hərbi bazalar əvəzinə adi görünən yerlərdə gizlədir. Məsələn, Təbrizin bir məhəlləsində adi bir anbar kimi görünən yerdə, əslində raket və silah gizlədir. Bu yolla xarici kəşfiyyatın bu yerləri tapması çətinləşir.
3. Kütlə üstündə təzyiqi artırmaq və qorxu yaratmaq
Əgər bir bölgədə hərbi anbar yerləşdirilsə, oraya çox sayda təhlükəsizlik qüvvəsi cəlb olunur. Beləliklə, rejim o bölgədə yaşayan insanların üzərində daha çox təzyiq yaradır, etiraz edənlərə “bu ərazi təhlükəsizlik zonasıdır” deyərək onları susdurur. Təbriz və digər şəhərlərdə bu siyasət dəfələrlə müşahidə olunub.
4. Dinc əhalinin canına qiymət verməmək
Fars molla Rejimi üçün dinc əhalinin canı və təhlükəsizliyi önəmli deyil. Onlar üçün əsas məsələ, özlərinin hərbi gücünü qorumaq və iqtidarda qalmaqdır. 44 günlük Qarabağ savaşında necə ki, Güney Azərbaycan türkləri Qarabağın azadlığı üçün ürəklə meydanlara çıxdı, rejim onların səsini boğmaq üçün polis və təhlükəsizlik qüvvələri ilə hücum etdi. Elə həmin düşüncə ilə, bu gün də millətin canı bahasına silahları məhəllələrdə gizlədir.
Biz, Güney Azərbaycan türkləri, rejimin bu kimi çirkin siyasətlərinin fərqində olmalı və həqiqətləri göstərməklə həyasız fars-molla rejiminin yalan maşınını susdurmalıyıq.