Vaxt.Az

Hər üç dönərdən biri əslində dönər deyil


 

“Dönər kabab”ın hansı meyarları var?

Hər üç dönərdən biri əslində dönər deyil Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində (NRW) fast-food və restoran bizneslərində aparılan yoxlamalarda təəccüblü nəticə üzə çıxıb. “NRW” İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi tərəfindən 2024-cü ilin payızından etibarən aparılan yoxlamalarda, bazarda olan hər üç dönərdən birinin texniki cəhətdən “dönər kababı” anlayışına uyğun gəlmədiyi müəyyən edilib. Bu məhsullar yalnız “dönərə bənzər şişlər” kimi təsnif edilə bilər.

Nazirliyin açıqlamasında bildirilir ki, 1250 məqsədyönlü yoxlama aparılıb və 428 halda dönər kimi satılan məhsulların tərkibinin qanuni tərifə uyğun gəlmədiyi müəyyən edilib.

Açıqlamada vurğulanıb ki, sözügedən məhsulların görünüşü və dadı baxımından dönərə bənzəməsinə baxmayaraq, məzmunu qanuni standartlardan kənara çıxıb. Bu vəziyyətin birbaşa sağlamlıq riski olmadığı, lakin istehlakçıların çaşdırılmasının qəbuledilməz olduğu bildirilib.

Bəzi müəssisələrin xərcləri azaltmaq üçün ət əvəzinə daha çox qiymə və əlavələrdən istifadə edərək keyfiyyətsiz qarışıqlara üz tutduqları bildirilib. Bildirilib ki, “dönər kabab tərzi” kimi ifadələr istehlakçıları da çaşdıra biləcəyi üçün qanuni olaraq istifadə edilə bilməz.

İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi qeyd edib ki, bu cür təcrübələrə qarşı daha sərt yoxlamalar və etiketləmə qaydaları ilə mübarizə aparılacaq.

***

Alman Qida Kodeksinə görə, bir məhsulun “dönər kabab” kimi satıla bilməsi üçün o, aşağıdakı meyarlara cavab verməlidir:

Dönər incə dilimlənmiş ətdən (məsələn, mal, quzu, qoyun əti) ibarət olmalı və şaquli dönər şişinə qoyulmalıdır.

Məhsulda qiymə ət istifadə edilə bilər, lakin nisbət 60% -ə qədər ola bilər. Qalan hissə ən azı 40% kəsilmiş ət dilimləri olmalıdır.

Əti duz, ədviyyat, qatıq, yağ, soğan və yumurta kimi inqrediyentlərlə marinasiya etmək olar.

Bu nisbətlər keçdikdə (məsələn, 60%-dən çoxu qiymə, toyuq, çörək qırıntıları və ya soya proteini kimi inqrediyentlərdən ibarət olduqda) məhsul artıq “dönər” adlandırılmır. Əvəzində “çörəkli mal əti” və ya “toyuq dönərinə bənzər məhsul” kimi daha açıqlayıcı terminlərdən istifadə edilməlidir.

 





16.06.2025    çap et  çap et