Bir həftə əvvəl Almaniya vizası üçün Konsulluqda müsahibə verən Türkiyə vətəndaşı viza müsahibəsindən əvvəl yaşadıqlarını mətbuata danışıb.
Onun başına gələnlər və danışdıqları Türkiyədə müzakirə mövzusu olub.
“Xarici pasport sahiblərinə niyə üstünlük verilir?”
– Görüşüm saat 10:00-da olsa da, suriyalılara və digərlərinə üstünlük verdikləri üçün növbə 11:30-da mənə çatmışdı.
– Çağırırdılar ki, xarici pasportu olan varmı? Təyinatımız birinci olsa da, sonraya qaldıq. Əslində yanımda uşaqlı bir ailə var idi ki, “qəbul olmaq üçün mütləq xarici pasportun olmalıdır”, – deyə şikayətlənirdi. “Xarici pasport sahiblərinə niyə üstünlük verilir?” deyə dəfələrlə soruşdum. Amma heç kim cavab vermədi.
– İçəri girəndə üst-başımı çox diqqətlə yoxladılar, müsahibə otağına girəndə su butulkamı belə şkafın içinə qoymalı oldum. Ancaq suriyalı və ya ərəb olduğunu güman etdiyim insanlar böyük bir çamadanla müsahibəyə girə bildilər.
– Bu ayrı-seçkiliyin niyə edildiyini başa düşə bilmirəm. Bilmirəm niyə əcnəbiləri daha “dəyərli” və “prioritet” hesab edirlər.