Vaxt.Az

Bank işçisi müştərinin pulunu oğurlayıb


 

“Deutsche Bank”da böyük mənimsəmə qalmaqalı

Bank işçisi müştərinin pulunu oğurlayıb “Deutsche Bank”ın bu yaxınlarda Frankfurtda açdığı yeni nümunə filialında bir işçinin külli miqdarda pulu mənimsədiyi iddia edilib. Sözügedən qanun pozuntusu altı rəqəmli məbləği və ya yüz minlərlə avronu əhatə edir. İddia olunur ki, bank işçisi pul köçürmələri ona yaxın birinin hesabına həyata keçirib və bunu edərkən adi qaydada məcburi olan nəzarət və təsdiqləmə proseslərindən məharətlə yan keçib.

Bankın açıqlamasında bildirilirdi ki, bir filialda müştəri pullarının mənimsənilməsi faktı aşkarlanıb və hadisədən ondan bir çox müştərinin hesabına zərər dəyib. Bildirilib ki, aidiyyəti müştərilərlə dərhal əlaqə saxlanılıb və onlara dəymiş ziyan tam ödənilib.

Yalan məlumatla köçürmə təşəbbüskarı olan işçi dərhal işdən çıxarılıb. Bankdan bildirilib ki, hərtərəfli araşdırmadan sonra hadisədən başqa heç bir müştəri hesabının ziyan çəkmədiyini yoxlayıb.

Bank sözçüsü hadisənin fərdi işçi tərəfindən törədilən qanunsuzluq olduğunu və bankın nəzarət proseslərini daha da gücləndirmək üçün işə başladığını vurğulayıb. Hakimiyyət orqanları ilə tam əməkdaşlığın aparıldığı və araşdırmanın davam etdiyi qeyd edilib.

Eyni filialda başqa bir hadisənin bu saxtakarlıqla əlaqəsi olmadığı bildirilib. Özəl Bankçılıq departamentində çalışan və “Deutsche Bank”da ən azı on il işləyən beş nəfərlik məsləhətçi qrupun başqa bir rəqib banka keçdiyi təsdiqlənib. Bildirilib ki, bu gedişin səbəbi saxtakarlıq deyil. Həmin işçilər rəqib quruma transfer olub.

“Deutsche Bank” son aylarda onlayn bankçılıq xidmətlərini məhdudlaşdıracağını açıqlamışdı. Bundan əlavə, CEO Kristian Syuinqin mart ayında elan etmişdi ki, bütün Almaniyada filial şəbəkəsinin ölçüsünü azaltmaq və 2000 nəfəri işdən çıxarmaq planı var. Bu addımlar bankın səmərəliliyini və gəlirliliyini artırmaq məqsədi daşıyır.

 





15.06.2025    çap et  çap et