Vaxt.Az
Mandatdan imtina etdi
Deputat SOMA faciəsinə etiraz olaraq bu addımı atıb
Türkiyənin ana müxalifəti partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) funksioneri Səbahət Akkiraz Soma faciəsi ilə əlaqədar deputat mandatından imtina edib.
AzVision.az türk mətbuatına
istinadən xəbər verir ki, millət vəkili Səbahət Akkiraz faciəyə etiraz əlaməti
olaraq bu addımı atdığını açıqlayıb.
O, istefası ilə bağlı CHP rəhbəri Kamal Kılıçdaroğlu ilə görüşərək qərar qəbul
edib.
Qeyd edək ki, Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində baş vermiş
partlayış nəticəsində 301 nəfər həlak olub və 486 işçi xəsarət alıb.
19.05.2014 çap et