Şimali İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərində ABŞ konsulluğu yaxınlığında şübhəli pilotsuz təyyarənin vurulması nəticəsində partlayış baş verib.“Rudaw” saytının məlumatına görə, pilotsuz təyyarə Ərbilin şimal-şərqində, ABŞ-ın yeni konsulluğunun yaxınlığında düşüb.
Pilotsuz təyyarənin Konsulluğun hava hücumundan müdafiə sistemi tərəfindən vurularaq zərərsizləşdirildiyi iddia edilib. Hadisə yerinə bölgənin təhlükəsizlik qüvvələri gəlib.
Hadisə ilə bağlı səlahiyyətlilər və ABŞ-ın Ərbildəki Baş Konsulluğu tərəfindən hələlik heç bir açıqlama verilməyib.
İraq Kürd Regional Rəhbərliyinin digər yerli mətbuat orqanları hadisə zamanı heç bir insan itkisi baş vermədiyi iddia edib.
çap et