Xameneyi gedəcək bu şəksizdir... amma məsələ burasındadır ki, bunun sistem qarışıq və ya yalnız əsas fiqurun təkcə getməsi ilə baş verəcəyi önəmlidir.
Bütün ssenari haradasa 2019-cu il Rusiyada baş verənlərə uyğundur. O dövrdə Rusiyanı gənclərin etirazları bürümüşdü. Sistem dözdü, mərhələli şəkildə etirazları yatırdı, vəziyyəti cilovlaya bildi. Hətta Belarusa keçən prosesə belə “uğurla” müdaxilə etdi. Hamı bilirdi ki, etirazçıların məğlubiyyəti Kremlin “mükafatlandırılması” ilə nəticələnəcək və 3 il sonra Ukraynada qanlı müharibə başladı. Bu da sistemin özünə bir növ bəraəti idi.
Eynilə bu cür etirazlar İranda da yaşandı. Mahsi Amininin qətli izdihamlı xalq kütləsinin etirazları ilə qarşılandı, sistem çətinliklə də olsa vəziyyəti cilovladı. Amma xalqı “mükafatlandırmağın” zamanı idi. Bunun üçün eynilə Rusiyadakı kimi siyasi ritorika “sərtləşdirildi”, təbliğat maşını dayanmadan düşmən axtarışına çıxdı. Hər ikisindəki kimi də “düşmən” heç də uzaqda deyil, necə deyərlər “qulağının dibində” idi.
Bu gün hər 2 ölkədə yaşananlara daxili prizmadan baxıb, daxildə baş verənlərin kontekstindən yanaşaraq ən azı özündən 3 il öncə baş verənlərin bugünkü proseslərdə də payı az deyil.
Bir sözlə həmişə inqilablar müharibə gətirmir, bəzən, xüsusilə müasir dövrdə inqilaba gedən yolda etirazçıların məğlubiyyəti də müharibələr gətirir, daha doğrusu sistem özü onları “mükafatlandırır”.