Virtualaz.org saytı xəbər verir ki, Kann festivalının prezidenti Jilya Jakoba Leyla Hatəminin yanağından öpüb.
Bu kadrların mətbuatda yayılmasından sonra İranın mədəniyyət nazirinin müavini Hüseyn Nuşabadi qəzəbli bəyanatla çıxış edərək deyib ki, beynəlxalq festivalda iştirak edən aktrisa öz hərəkəti ilə «İranlıların imicini» zədələyib. Nazir müavininin sözlərinə görə, aktrisanın hərəkəti «dinə və əxlaqa» ziddir.
Leyla Hatəmi bu il Kann festivalının jürisinə daxil olub. O, baş rolda oynadığı «Nader və Siminin boşanması» filminin 2012-ci ildə «Oskar» almasından sonra məşhurlaşıb.