Vaxt.Az

Lui van Qal «şeytan» oldu


 

«O, karyerası boyunca çox şeyə nail olub»

Lui van Qal «şeytan» oldu İngiltərənin «Mançester Yunayted» klubu Lui van Qalla anlaşdığı barədə rəsmi məlumat yayıb. 62 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb. Hazırda Hollandiya millisini çalışdıran Lui van Qal Mançesterə Braziliyada keçiriləcək dünya çempionatı başa çatandan dərhal sonra gələcək.

«MY»nin veteran futbolçusu Rayan Giqqz van Qalın köməkçisi kimi fəaliyyət göstərəcək.

«Qırmızı şeytanlar»ın direktoru Ed Vurvord məsələni belə şərh edib: «Müasir futbolun ən dahi məşqçilərindən biri ilə müqavilə bağladıq. O, karyerası boyunca çox şeyə nail olub. Van Qal «Old Trafford»da karyerasının növbəti şanlı səhifəsini yazmaq üçün imkan qazanıb» (publika.az).

 

 





19.05.2014    çap et  çap et