Vaxt.Az

“Biz heç vaxt təslim olmayacağıq”


 

Xameneyi: “İstənilən hərbi müdaxilə İrana və regiona düzəlməz ziyan vuracaq””

“Biz heç vaxt təslim olmayacağıq” İranın dini lideri Ayətullah Əli Xameneyi ABŞ prezidenti Donald Trampın “şərtsiz təslim olmaq” çağırışına sərt sözlərlə cavab verib: “Amerikalılar bilməlidirlər ki, istənilən hərbi müdaxilə İrana və regiona düzəlməz ziyan vuracaq”.

İranın dini lideri Əli Xameneyi xalqa video çıxışında birbaşa ABŞ-ı hədəfə alıb. Xameneyi xüsusilə Trampın son açıqlamalarına diqqət çəkib.

Trampın “İran qeyd-şərtsiz təslim olmalıdır” ifadələrinə və “Biz Xameneyinin harada olduğunu bilirik, lakin hələlik onu öldürməyəcəyik” sözlərinə toxunan Xameneyi, "İranı və onun tarixini bilən ağıllı insanlar bu xalqla təhdid dili ilə danışmaz. İran xalqı təslim olmayacaq", – deyib.

İsrailin son hücumlarına ictimaiyyətin reaksiyasını qiymətləndirən Xameneyi deyib ki, İran xalqının sakit, cəsarətli və vaxtında reaksiyası milli gücün göstəricisidir: “İran xalqı onlara tətbiq edilən müharibəyə qarşı dik durduğu kimi, heç vaxt məcbur edilən sülhə təslim olmayacaq”.

***

Xameneyi həmçinin ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı açıq xəbərdarlıq edib: “Amerikalılar bilməlidirlər ki, istənilən hərbi müdaxilə İrana və regiona düzəlməz ziyan vuracaq”.

 





18.06.2025    çap et  çap et