Vaxt.Az

Bunkerdə toplanacaqlar


 

Axşam saat 22:00-da İsrail Nazirlər Kabinetinin görüşü var

Bunkerdə toplanacaqlar İsrailin hücumu ilə başlayan İsrail-İran müharibəsi 6 gündür davam edərkən, İsrail Təhlükəsizlik Kabinetinin bu gün toplanacağı açıqlanıb.

“Ynet” xəbər saytının məlumatına görə, İsrail Təhlükəsizlik Kabineti bu gün yerli vaxtla saat 22:00-da bunkerdə toplanacaq. Xəbərə görə, bundan əvvəl hökumətin bir araya gələrək saat 18:00-da iclas keçirəcəyi gözlənilir.

İyunun 12-də axşam saatlarında İsrail təhlükəsizlik kabineti iclas keçirib və səhər saatlarında baş nazir Benyamin Netanyahu İrana qarşı hərtərəfli hücuma keçdiklərini açıqlayıb.

İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəfə alaraq geniş hücumlara başlayıb.

İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, bir neçə yüksək səviyyəli komandir və 9 nüvə alimi hücumlarda həlak olub, mülki vətəndaşların ümumi sayının isə 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

 





18.06.2025    çap et  çap et