Vaxt.Az

Mollalar heyrətləndirir


 

Düşürsən yadıma, bombalar yağanda ...

Mollalar heyrətləndirir Azərbaycan türk dilini hər yolla sıxışdıran, Təbrizin qədim küçələrinin türkcə adlarını dəyişdirərək farsca adlar qoyan, İran aviaşirkətlərinə məxsus sərnişin təyyarələrində Azərbaycan türkcəsində salamlama və anonslara qadağa qoyan, təzə doğulan uşaqlara türk adlarının verilməsinə əngəl törədən, məktəb və universitetlərdə ana dilimizdə təhsilə icazə verməyən fars-molla rejimi son günlərdə, nədənsə, birdən-birə “dinə, imana” gəlib, türk dilindən istifadə etməyə başlayıb.

Belə ki, rəsmi qurumlar Təbriz küçələrində Azərbaycan türkcəsində şüarlar, posterlər yapışdıraraq, onların milli və dini hisslərini coşdurmaqla rejimin müdafiəsinə səfərbər etməyə çalışırlar.

Bəli, milli birlik, müsəlman həmrəyliyi kimi anlayışlar məhz başlarına bombalar yağandan sonra mollaların yadına düşüb. Bu, açıq-aşkar manipulyasiyadır, hiylədir.

Mollalar bu yolla növbəti dəfə Güney azərbaycanlıları aldatmağa çalışırlar. Dinc günlərdə azərbaycanlılara zülm edən molla rejiminin dara düşəndə, kritik günlərdə soydaşlarımızın ətəyindən yapışması, onlara yaltaqlanması doğrudan da heyrətləndiricidir.

Ayətullahlar canlarını qurtarmaq və öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün nəyə desən hazırdırlar.

Lakin güneylilər heç olmasa, bu dəfə özlərini hiyləgər fars-molla nağıllarına inandırmamalıdırlar.

 





18.06.2025    çap et  çap et