Vaxt.Az

Müstəmləkə olmayan dövlət


 

Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var

Müstəmləkə olmayan dövlət Dünyada yeganə dövlətdir ki, Böyük Britaniyanın təqvimində müstəqillik, azadlıq günü yoxdur.

Çünki heç vaxt kiminsə müstəmləkəsi və ya asılılığında olmayıb. Hətta zamanında bütün xristian dünyası Roma papasından asılı olanda belə, ingilislər papadan imtina ediblər. Yalnız idarə ediblər.

ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya kimi dövlətlər yaradıblar.

Dünyanın ən güclü universiretlərinə sahib olublar. Dilləri dünya dilinə, pulları dünya puluna, birjaları dünya birjasına çevrilib.

Dünyada yeganə dövlətlərdəndir  ki, Böyük Britaniyanın Konstitusiyası yoxdur. Dəyişməz ənənələr və yazılmamış qaydalar var. Heç kim dəyişdirə bilməz bu qaydaları.

Sadəcə olaraq, Avropanın şimalında bir adada məskunlaşaraq heç bir qonşuyla quru sərhədinə malik olmayıblar. İşğal olunmayıb bu məğrur və döyüşkən ada..

İngilislərin ən böyük xoşbəxtliyi həm də güclü qonşularının olmamasıdır. Bizdən fərqli olaraq.

Güclü qonşularının olmaması onları Azadlıq günündən məhrum edib.

Nə böyük xoşbəxtlik...

 





19.06.2025    çap et  çap et