Vaxt.az anspress-ə istinadən xəbər
verir ki, bu suallara cavab verən Ağalarov istənilən şayiənin yayılma şansı
olduğunu deyib.
«Özüm tərəfindən yenidən bildirirəm ki,
mən boşanmamışam. Sadəcə mən çox qastrola çıxıram. Həyat yoldaşım isə öz
layihələri üzərində nəinki Moskvada, Bakıda da işləyir.
E. Ağalarov «Kliplərinizdə dünyanın ən
gözəl qızlarının çəkilməsinə həyat yoldaşınız necə münasibət göstərir?» sualına
da cavab verib.
«Mənim həyat yoldaşım çox ağıllıdır. O anlayır ki, gözəllik işimin bir hissəsidir. Siz istəyirsiniz ki, mən kliplərimdə qoca və xəstələri çəkim? Müəyyən titul və məşhurluğu olan aktrisa mənim musiqi yaradıcılığımı daha da irəli aparmağa və onu daha böyük auditoriyaya çatdırmağıma yardım edir».