Vaxt.Az

Fars-molla rejiminin məkrli siyasəti


 

İran hakimiyyəti niyə İsraillə müharibənin bədəlini Güney Azərbaycana ödətdirir?

Fars-molla rejiminin məkrli siyasəti İran rejimi ilə İsrail arasında getdikcə alovlanan hərbi qarşıdurma, ən çox Güney Azərbaycanın şəhərlərində – Təbriz, Urmiya, Zəncan, Ərdəbil və digər türk bölgələrində yaşayan mülki əhalini təhlükə altına atıb. Rejim bu əraziləri qəsdən hərbi baza, raket anbarı və silah infrastrukturu ilə doldurur.

Amma əsas sual budur:

Niyə fars faşist molla rejimi Güney Azərbaycanda bircə dənə belə olsa, sığınacaq – müharibə zamanı mülki əhalinin qoruna biləcəyi təhlükəsiz qurğu – inşa etməyib?

Bunun səbəbləri nədir?

 

1. Etnik ayrı-seçkilik və dəyərsizlik siyasəti

Fars-molla rejimi Güney Azərbaycan türklərini illərdir sistemli şəkildə mədəni, dil, iqtisadi və sosial baxımdan sıxışdırır. Müharibə şəraitində isə onların qorunması üçün heç bir real planın olmaması, rejimin onları “insan sipəri” və ya “maddi itki” kimi gördüyünün sübutudur.

 

2. Strateji qalxan siyasəti

Faşist fars terror rejimi, Təbriz və ətraf şəhərləri İsrailin potensial hədəfi halına gətirməklə, öz fars şəhərlərini qorumağa çalışır. Təbriz əhalisi birbaşa təhlükə altına atılsa da, fars şəhərlərində ya sığınacaqlar var, ya da hərbi obyektlər mülki yaşayışdan uzaqda yerləşdirilib.

 

3. Siyasi məsuliyyətdən yayınma oyunu

Əgər İsrailin zərbələri nəticəsində mülki əhali ölərsə, rejim bunu təbliğat vasitəsi kimi istifadə edəcək: “İsrail mülki insanları öldürür” deyə hay köy qoparacaq. Halbuki, bu fəlakətin gerçək məsuliyyəti, hərbi infrastrukturu məhz yaşayış məntəqələrinin içinə yerləşdirən Tehrandakı faşist fars rejiminə aiddir.

 

Beynəlxalq qurumlara çağırış:

BMT, “Amnesty International”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar bu ayrı-seçkilik siyasətini yalnız insan haqları pozuntusu deyil, həm də hərbi cinayət kimi qiymətləndirməlidirlər.

• Nə üçün Təbrizdə və digər şəhərlərdə mülki müdafiə sığınacaqları yoxdur?

• Niyə hərbi infrastruktur birbaşa mülki yaşayış bölgələrinin içinə yerləşdirilib?

• Nə üçün Güney Azərbaycan əhalisi müharibənin bədəlini ödəməlidir?

 





19.06.2025    çap et  çap et