ABŞ prezidenti Donald Tramp yüksək səviyyəli köməkçilərinə deyib ki, o, İrana hücum planlarını təsdiqləyib, lakin Tehranın nüvə proqramından imtina etməyə razı olub-olmayacağına baxmaq üçün yekun əmri gecikdirir.
İsrail Xarici İşlər Nazirliyi bu gün İranın yeni raket partiyasının hücumu nəticəsində Soroka xəstəxanasının birbaşa vurulduğunu açıqlayıb.
İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, İran özünümüdafiə məqsədi ilə hərəkət edir və yalnız İsrailə cavab verib, əvvəllər ona kömək edənlərə deyil. Araqçı İsraili hücumlara görəhədələyib.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin İranın yeraltı uranı zənginləşdirmə obyektlərinə toxunulmadığını açıqlayıb. Putin “O yeraltı obyektlərə heç nə olmayıb” deyib.