Vaxt.Az
Hava necə olacaq?
Yağış da yağacaq, külək də əsəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən verilən məlumata görə, rayonlarda bəzi yerlərdə şimşək çaxacağı,
yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18,
gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
21.05.2014
çap et