Ağ Evin sözçüsü Karolin Livittin Trampın qərarının vaxtı ilə bağlı açıqlamalarından sonra ABŞ xam nefti 0,5 faiz artaraq barreli 74 dollara çatıb. Qiymət yüksək rütbəli ABŞ rəsmilərinin administrasiyanın yaxın günlərdə İrana mümkün hücuma hazırlaşdığını söyləməsi ilə bağlı xəbərlərə görə 76 dollara yaxınlaşmışdı.
“Mizuho Securities USA”nın enerji fyuçers direktoru Robert Yauqer, “Ağ Evin bəyanatları qısamüddətli təzyiqlərin bir hissəsini azaldıb. Görünən odur ki, ABŞ bu gün və ya sabah işə qarışmayacaq”, – deyib. Ekspert fikrincə, ABŞ-ın birbaşa iştirakını gecikdirməyin xam neftin yeni yüksək səviyyələrə çatmasının qarşısını ala biləcək.
İki gün əvvəl Tramp yüksək səviyyəli müşavirlərlə görüş keçirdi, lakin Ağ Ev gələcək addımlarla bağlı bir neçə əlamət verdi. İranı bombalamağa yaxınlaşıb-yaxmadığını soruşduqda Tramp, “Ola da bilər, olmaya da bilər”, – deyib. “The Wall Street Journal” xəbər verir ki, prezident həftənin əvvəlində hərbi hücum planını təsdiqləyib, lakin Tehranın tələblərinə cavab verib-verməyəcəyini qiymətləndirmək üçün yekun icazəni gecikdirib.