Vaxt.Az

NATO-da çat


 

İspaniya 5 faizlik xərcləmə planını rədd edir

NATO-da çat İspaniya NATO-nun ümumi daxili məhsulunun 5 faizini müdafiəyə xərcləmək təklifini rədd edərək, bunu “ağılsız” adlandırıb.

Baş nazir Pedro Sançez dünən NATO-nun baş katibi Mark Rutteyə məktub yazıb ki, İspaniya gələn həftə Haaqada keçiriləcək NATO sammitində “ÜDM baxımından konkret xərc hədəfi təyin edə bilməz”.

Yeni xərclər cədvəli ilə bağlı istənilən razılaşma NATO üzvü olan 32 ölkənin hamısının razılığını tələb edir.

Buna görə də Sançesin qərarı ABŞ Prezidenti Donald Trampın qatılacağı gələn həftə keçiriləcək sammiti pozmaq və uzunmüddətli əks-səda doğura biləcək son dəqiqə sarsıntısı yaratmaq riski daşıyır.

ABŞ-ın NATO-dakı müttəfiqlərinin əksəriyyəti Trampın ÜDM-in 5 faiznin müdafiə və hərbi ehtiyaclara xərclənməsi tələbini dəstəkləmək yolundadır. İyunun əvvəlində İsveç və Hollandiya yeni hədəfə çatmağı hədəflədiklərini bildirmişdilər.

NATO rəsmisi dünən bildirib ki, müttəfiqlər arasında yeni müdafiə xərcləri planı üzrə danışıqlar aparılır.

“İspaniya üçün 5 faizlik hədəfə sadiq qalmaq nəinki əsassız, həm də əks məhsuldar olardı, çünki bu, İspaniyanı optimal xərclərdən uzaqlaşdıracaq və AB-nin təhlükəsizlik və müdafiə ekosistemini gücləndirmək üçün davam edən səylərinə mane olacaq”, – Sançes “The Associated Press” tərəfindən dərc olunan məktubunda yazır.

İspaniya keçən il transatlantik alyansda ən az pul xərcləyən ölkə olub və müdafiəyə ÜDM-nin 2 faizdən azını xərcləyib.

Sançes aprel ayında NATO-nun ÜDM-in 2 faizlik əvvəlki hədəfinə çatmaq üçün hökumətin 2025-ci ildə müdafiə xərclərini 10,5 milyard avro artıracağını söyləyib.

Dünən baş nazir yeni xərc hədəfi üçün ya hədəfi istəyə bağlı edəcək, ya da İspaniyanın onu həyata keçirməsini istisna edəcək “daha çevik düstur” yaratmağa çağıracaq.

Sançez ölkəsinin “NATO-ya tam sadiq olduğunu”, lakin 5 faizlik hədəfə çatmağın “rifah dövləti və dünya vizyonumuzla uyğun gəlməyəcəyini” yazıb. O, bunun üçün dövlət xidmətlərinin azaldılmasını və digər xərclərin, o cümlədən yaşıl iqtisadiyyata keçid üçün xərclərin azaldılmasını tələb edəcəyini bildirib.

 





20.06.2025    çap et  çap et