Vaxt.Az

Əsirlikdə olmuş Xocayan öldü...


 

... Yoxsa öldürüldü?

Əsirlikdə olmuş Xocayan öldü... Azərbaycanda bir aya yaxın əsirlikdə olan Mamikon Xocayan 77 yaşında Ermənistanda dünyasını dəyişib. Bu barədə məlumatı News.am yayıb.

Onun ailəsi Xocayanın ölümündə Azərbaycan tərəfini günahlandırır. Musavat.com bildirir ki, ailə üzvlərinin sözlərinə görə, 77 yaşlı kişi qəfildən ölüb. Müstəntiqlər Mamikon Xocayanın cəsədini ekspertiza üçün İrəvana aparacaqlar. 

Virtualaz.org saytının xəbərinə görə, erməni nəşrləri indi bu olay ətrafında hay-küy salmağa çalışır. Onların iddiasına görə, Xocayan Azərbaycanda olanda guya zəhərlənib.

İki səbəbdən çox sarsaq iddiadır. Əvvəla, bir versiyaya görə, təxribat üçün göndərildiyi istisna edilməyən bu qoca ermənini öldürmək lazım gəlsəydi, onu elə dərhal, sərhədi keçəndə isti-isti gəbərtmək olardı. Yaxud onu burada uzun müddət əsirlikdə saxlayanda ac-susuz qoyub, müalicə etməyib əldən salmaq olardı. Azərbaycan tərəfi isə bu təxribata getmədi. Xocayan özü də Beynəlxalq Qırmızı Xaç Komitəsinin işçiləri ilə söhbətində Azərbaycanda ona insani münasibət bəslənməsindən dəfələrlə söz açıb. Özü də bunu təkcə burada olanda yox, qayıdandan sonra da etiraf edib!

İkincisi, 77 yaşa qədər yaşamaq və təbii ölümlə ölmək tibbi-bioloji normalara da zidd deyil. Bu dığa 127 il yaşamalı idi ki?! Haçansa ölməli idi təbii ki... Amma erməni sərsəmliyinin və məkrinin hüdudu yoxmuş. Onlar bundan da Azərbaycana qarşı istifadə etməyə çalışır. Təbii ki, əbəs yerə.

Digər bir ehtimal da var ki, qoca Xocayanı elə ermənilər özləri öldürüblər. Təbii ki, yuxarıda qeyd etdiyimiz məqsədlər, yaxud azərbaycanlıların heç də erməni şovinistlərin qələmə verdiyi kimi olmadıqlarını (bəlkə də artıq danışırmış) danışacağından və bunun da ictimai rəydə fikir formalaşdıracaqlarından qorxduqları üçün.

Xatırladaq ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.

 





21.05.2014    çap et  çap et