İsveçrə bankında 22 min gizli hesab aşkarlanıb. Bank amerikalılar üçün gizli hesablar açırmış və ora daxil edilən əmanətlər gəlir bəyannaməsinə düşmürmüş.
Bu hesablardakı pulların ümumi məbləği
bir ara 12 milyard dollara çatıbmış.
Artıq İsveçrənin «Credit Suisse» bankı bu olayla bağlı ABŞ-a 2,6 milyard dollar cərimə ödəməyə razı olub. Bank ABŞ vətəndaşlarına vergidən yayınmaqda köməklik göstərdiyini etiraf edib (ANS).
çap et