Vaxt.Az

““WSJ” və “NYT” yalan danışır”


 

İlon Mask dərman testinin nəticələrini paylaşdı

““WSJ” və “NYT” yalan danışır” İlon Mak onu narkotik istifadə etməkdə ittiham edən “The Wall Street Journal” və “The New York Times”a dərman testinin nəticələri ilə cavab verdi: Nəticələr bütün maddələr üçün “mənfi” oldu.

ABŞ-lı milyarder sahibkar İlon Mask, “The Wall Street Journal” (WSJ) və “The New York Times” (NYT) qəzetlərindəki “narkotik istifadəsi” iddialarına cavab olaraq dərman testinin nəticələrini ictimaiyyətlə paylaşdı.

Mask, “X” (keçmiş Twitter) platformasındakı hesabında etdiyi yazıda qəzetlərin adlarını aydın şəkildə yazaraq 11 iyun tarixli sınaq hesabatını dərc etdi. Hesabat, NYT-nin Maskın 2024-cü ildə “əvvəllər məlum olduğundan daha intensiv” istifadə etdiyini iddia etdiyi ketamin də daxil olmaqla, bütün maddələrin nəticələrinin “mənfi” olduğunu göstərdi.

Test hesabatını paylaşan Mask, “WSJ və “The New York Times”ın saxta jurnalistləri mənim haqqımda yalan danışdılar. İndi isə narkotik testinin nəticələrinə baxaq. Onların səhvləri sübuta yetiriləcək” dedi. Paylaşım qısa zamanda 20 milyona yaxın baxış, 208 000 bəyənmə və 16 000-dən çox şərhə əldə etdi.

Mask daha əvvəl “X”də “Mən narkotik işlətmirəm! “The New York Times” yalan danışır” deyərək bir açıqlama vermişdi və keçmişdə həkim nəzarəti altında bir müddət reçeteli ketamin istifadə etdiyini etiraf etmişdi.

NYT-nin yazılı cavabında deyilirdi: “İlon Mask bizim reportajlarımızı bəyənmədiyi üçün bizə hücum etməyə davam edir. Prezidentlik kampaniyası zamanı narkotik istifadəsi ilə bağlı məqaləmiz dərc olunduqdan sonra onun dediyi və ya təqdim etdiyi heç bir şey aşkar etdiyimizlə ziddiyyət təşkil etmir. Biz jurnalistikamızın yanındayıq”.

 





20.06.2025    çap et  çap et