Vaxt.Az

Göyərtəsində nə olub?


 

Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədində

Göyərtəsində nə olub? ABŞ İran sərhədinə nəhəng nəqliyyat və döyüş təyyarələri yerləşdirməklə bölgədəki hərbi varlığını gücləndirib. Bu addım Vaşinqtonun İran təhlükəsinə qarşı hazırlığı kimi qiymətləndirilir.

ABŞ dünyanın ən böyük hərbi nəqliyyat təyyarələrindən biri olan “C-5M Super Galaxy”ni İran sərhədi yaxınlığında yerləşən Səudiyyə Ərəbistanına göndərib.

Təyyarənin İtaliyadakı Aviano aviabazasından havaya qalxaraq Səudiyyə Ərəbistanına çatdığı bildirilir. Bu addım Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək üçün atdığı addımların bir hissəsi kimi qiymətləndirilir.

ABŞ Müdafiə Nazirliyi bölgədə artan İran-İsrail gərginliyinə qarşı müdafiə tədbirlərini artıraraq, bölgəyə təkcə “C-5M” deyil, həm də “F-16”, “F-22”, “F-35” döyüş təyyarələri və tanker təyyarələri yerləşdirib.

“Reuters”in məlumatına görə, bu yerləşdirmələr “sırf müdafiə” xarakterlidir və ABŞ qoşunlarını və regiondakı müttəfiqlərini qorumaq məqsədi daşıyır.

“C-5M Super Galaxy” ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük strateji nəqliyyat təyyarələrindən biri kimi seçilir.

Nəhəng yük təyyarəsi zirehli texnika, ağır silah sistemləri və digər iri hərbi texnikanı daşımaq gücünə malikdir.

***

ABŞ-ın bu addımı İranın mümkün hərbi hərəkətlərinə qarşı qabaqlayıcı hazırlıq kimi qiymətləndirilir.

Eyni zamanda, bölgədə hava üstünlüyünün və sürətli cavab qabiliyyətinin artırılması da hədəflənir.

Aydındır ki, Vaşinqton regionda İrandan və ya onun bölgədəki müvəkkil qüvvələrindən gələ biləcək təhdidlərə qarşı bölgədə sürətli və effektiv çəkindirmə təmin etmək istəyir.

 





20.06.2025    çap et  çap et