Vaxt.Az

Tarixin ən böyük məlumat oğurluğu


 

16 milyard istifadəçi dataları ələ keçirildi

Tarixin ən böyük məlumat oğurluğu Dünya miqyasında “Apple”, “Facebook”, “Google”, “Telegram” və bəzi dövlət xidmətlərində hesablara daxil olmaq üçün istifadə oluna bilən 16 milyard istifadəçi məlumatı ələ keçirilib və bu, tarixdə ən böyük “məlumat pozuntusu” hadisəsi olub.

Kibertəhlükəsizlik sahəsində xəbərlər yayımlayan “Cybernews” saytının xəbərinə görə, ilin əvvəlindən bu yana aparılan araşdırmalar çərçivəsində hər biri on milyonlarla, təxminən 3,5 milyarddan çox məlumat ehtiva edən 30 böyük məlumat bazasının məlumat oğurluğu proqramı (Infostealer) tərəfindən ələ keçirildiyi müəyyən edilib.

Araşdırmalarda, 30 verilənlər bazasında 16 milyarddan çox məlumatın olduğu müəyyən edilib və bu, tarixdə ən böyük “məlumat pozuntusu” halına gəlib.

Silah kimi istifadə oluna biləcək böyük miqdarda kəşfiyyat məlumatı olaraq təyin olunan bu məlumatlar Apple, Facebook, Google, GitHub, Telegram və bəzi dövlət xidmətləri kimi onlayn portallardakı hesablara daxil olmaq üçün istifadə edilə bilər.

May ayında dünya üzrə istifadəçilərə məxsus 184 milyon məlumatın ələ keçirildiyi məlum olduğu xatırladılıb və bunların da sözügedən 30 verilənlər bazasında olduğu vurğulanıb.

 





20.06.2025    çap et  çap et