Vaxt.Az

Karapetyanın “balabançısı” Balasanyan


 

Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...

Karapetyanın “balabançısı” Balasanyan Söhbət İrəvanda həbs edilən erməni əsilli Rusiya iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan Xocalı qatili Vitali Balasanyandan gedir.

Balasanyan, Samvel Karapetyanın həbsini “qanunsuzluq” adlandırıb və onun Qarabağdakı keçmiş erməni separatçılarına dəstəyindən danışıb.

“Samvel Karapetyan həmişə “Artsax”ın yanında olub – həm müharibə illərində, həm də “dövlət quruculuğu”nun çətin anlarında”, – Balasanyan vurğulayıb.

Balasanyanın bu etirafları Samvel Karapetyanın separatçıların sponsoru kimi ifşası baxımından çox önəmlidir.

Xatırladaq ki, Samvel Karapetyan 2021-ci ildə Azərbaycan tərəfindən axtarışa verilən erməni cinayətkarları siyahısına daxildir.

18 iyun 2025-ci ildə İrəvanda saxlanılan və barəsində 2 aylıq həbs qərarı çıxarılan Samvel Karapetyan bir gün öncəki çıxışında şər yuvası olan erməni kilsəsini (Erməni Apostol Kilsəsi) və katolikos 2-ci Qaregini müdafiə etmiş, eləcə də radikal-millətçi qüvvələri (Rusiyanın nökərlərini) Ermənistanda hakimiyyət çevrilişini dəstəkləməyə çağırmışdı.

Vitali Balasanyan da Samvel Karapetyanın sponsorluq etdiyi separatçı canilərdən biridir.

Xocalı qətliamının törədilməsində xüsusi fəallıq göstərən və Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu qətlə yetirən Vitali Balasanyan bugünlərdə öz yırtıcı, faşist xislətini yenidən göstərərək, baş nazir Nikol Paşinyanın tənqid etdiyi Erməni Apostol Kilsəsinin yanında olduğunu bildirib.

Balasanyan etiraf edir ki, kilsə erməni milli kimliyinin (əslində isə erməni irqçiliyinin və türkəfobiyanın) formalaşmasında xüsusi yer tutur.

P.S. Paşinyan həbsləri davam etdirməli və Vitali Balasanyan kimi giyenləri də tutub Azərbaycana təhvil verməlidir.

 





20.06.2025    çap et  çap et