Vaxt.Az

“Tənəzzülün astanasındayıq”


 

Putin Rusiya iqtisadiyyatı ilə bağlı xəbərdarlıq etdi

“Tənəzzülün astanasındayıq” Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edib.

Putin iqtisadi durğunluq və tənəzzül ehtimalı ilə bağlı edilən xəbərdarlıqlardan danışıb və “heç bir halda” belə vəziyyətə yol verilməməsi lazım olduğunu vurğulayıb.

Rusiya lideri açıqlamasında “Bəzi ekspertlər durğunluq və hətta tənəzzül riskinə işarə edir. Buna heç bir şəraitdə icazə verilməməlidir”, – deyib.

Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov, rəqəmlərə görə Rusiya iqtisadiyyatının soyuma prosesində olduğunu ifadə edərək, “İş dünyasının vəziyyətinə və göstəricilərinə baxdığımızda tənəzzülə girmək ərəfəsindəyik”, – deyib.

Reşetnikov, “Düşünürəm ki, tənəzzülün astanasındayıq. Hər şey davam edən prosesdə verəcəyimiz qərarlardan asılı olacaq”, – deyib.

 





20.06.2025    çap et  çap et