Putin iki ölkə arasındakı münaqişələrə həll yolu tapılacağına inandığını bildirib və İranla gündəlik təmasda olduqlarını bildirib.
Rusiyanın həm İsrail, həm də İranla təmasda olduğunu qeyd edən Putin, “Bizim bəzi təkliflərimiz var. Problemin diplomatik yollarla həll olunacağına inanırıq”, – deyib.
İranın dini lideri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd iddialarına gəlincə, Rusiya lideri “Bu təhlükənin ritorikada qalmasını arzu edirəm”, – deyib.
***
Putin daha sonra ölkəsinin Ukraynada apardığı müharibəyə toxunub.
Rusiya lideri iddia edib ki, “Rus və Ukrayna xalqının bir xalq olduğunu düşünürəm. Bu kontekstdə bütün Ukrayna bizimdir. Rus əsgərinin ayaq basdığı hər yer bizimdir”.
Putin həmçinin “Ukraynanın suveren hüquqlarına heç vaxt şübhə etmədiklərini” deyib.
***
Putin III Dünya müharibəsi ehtimalı ilə bağlı da “Ona görə də narahatam. Ukrayna və Yaxın Şərqdəki prosesləri və mümkün riskləri nəzərə alsaq, ehtimal artır”, – dedi.