«Əslində cənab Morninqstarın bu sözləri
Təhsil Nazirliyində böyük təəccüb və təəssüf hissi yaradıb. Təhsil naziri cənab
Mikayıl Cabbarov bu vəzifəyə təyin olunduqdan sonra ABŞ-ın səfiri ilə 3 işçi
görüş keçirmiş, onların 3-ü də səfirin xahişi ilə baş tutmuş və bu görüşlərdə
təhsil islahatları, xaricdə təhsil, şagird və tələbə mübadiləsi, ali təhsil
müəssisələri arasında əməkdaşlıq kimi müxtəlif mövzular ətraflı şəkildə
müzakirə olunub. Bu görüşlər zamanı cənab Morninqstarın hər hansı istənilən
məsələni qaldırması üçün məneələr olmayıb. Lakin bu görüşlərin heç birində
cənab Morninqstar Azərbaycanın təhsil sistemində korrupsiya probleminə
toxunmayıb.
Təhsil Nazirliyi dost və tərəfdaşlarının ölkəmizin təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı rəy, təklif və bu sahədə mümkün problemlər barədə konkret faktlara əsaslanan müraciətlərinin ictimailəşdirilmədən öncə Nazirliklə müzakirə olunmasını və mövcud problemlərin həlli perspektivlərinin konstruktiv əməkdaşlıq mühitində birgə dəyərləndirilməsinin tərəfdarıdır. Ətraflı faktlar və sübutlar təqdim etmədən bu kimi ümumi xarakterli mülahizələrin təcrübəli diplomat tərəfindən səsləndirilməsi dərin təəssüf hissi doğurur».