Zəlzələnin episentrinin Yunanıstanın Amorgos (Yamurgi) adasının sahillərində olduğu bildirilir. 7 kilometr dərinlikdə baş verən yeraltı təkan xüsusilə Türkiyənin Muğla sahillərində hiss olunub.
AFAD-ın məlumatına görə, zəlzələnin Türkiyə sahillərinə ən yaxın nöqtəsi Muğlanın Bodrum rayonundan 124 kilometr uzaqlıqdadır.
Bildirilib ki, indiyədək heç bir neqativ məlumat verilməyib, can və mal itkisi ilə bağlı məlumat yoxdur. Səlahiyyətlilər bölgədəki prosesləri yaxından izləyir.
AFAD vətəndaşları rəsmi kanallar vasitəsilə ediləcək xəbərdarlıqlara diqqət yetirməyə və panikaya düşməməyə çağırıb.
Böyüklük: 4.8 (Mw)
Məkan: Egey dənizi, Yamurgi adası (Amorgos)
Tarix: 20-06-2025
Saat: 19:19:00 (Türkiyə saatı)
Dərinlik: 7 km