İranın Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri Sorhe rayonu olan 5,5 bal gücündə zəlzələ yerli vaxtla saat 21:19-da qeydə alınıb.
Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələnin Tehranın şərqindəki rayonlarda da hiss olunduğu bildirilsə də, mümkün dağıntılar barədə məlumat verilməyib.