İki fərqli döyüş meydanı müşahidə edirik: biri enerji və ərazi uğrunda, digəri ideoloji qarşıdurma və nüvə gərginliyi üzərində qurulub. Ancaq önəmli məqamlardan biri budur ki, bu müharibələr əslində Çinin qərb cəbhələri – sərhədləridir.
Xəbərləri izlədikcə üçüncü bir cəbhə meydana çıxmasını müşahidə edirik. Şərqi Asiyanın sahillərində. Coğrafi ifadə ilə desək – Sakit Okeanın astanasında üçüncü cəbhə yaranır.
Məhz buna görə də, Çinin İrana verdiyi dəstək sadəcə dostluq niyyəti ilə izah olunmur. Bu, strateji bir zərurətdir onun üçün. Elə buna görə də Pekin Tehranla enerji və s. sazişləri imzalayır, diplomatik təsir sahəsi qurur.
Si Cinpinin İran lideri ilə yayılan şəkilləri isə yalnız protokol məqsədilə deyil, onlar hərbi xəritədə yerini tutmuş şahmat fiqurlarını xatırladır
Üçüncü cəbhə bu gün rəsmi şəkildə elan olunmaya bilər. Amma böyük qarşıdurmanın xəritəsi artıq cızılıb.
P.S. Hələ 6-7-ci sinifdə oxuyanda tarix müəllimim demişdi bir vaxt gələcək Çin böyük bir qüdrətə çevriləcək və Böyük Güclər – dünya bunu qəbul etməyəcək. Bilmirəm müəllimimin həmin dediyi zaman yaxınlaşırmı. Hər halda belə hiss olunur.