Vaxt.Az

“Yeraltı fars Ayətullah”ın əfsanəsi


 

Dəmir mələklərin qorxusundan öz məkanına çəkilən şeytan

“Yeraltı fars Ayətullah”ın əfsanəsi Bir zamanlar, Yaxın Şərqin qəlbində, duaların səmaya yox, bunkerin tavanına dəyib geri qayıtdığı bir məkanda, Əli Xameneyi adlı bir zat var idi. O, fars-şiə şuubiliyin ən uca mərtəbəsində oturmuşdu – əllərində hökmlər, dilində fitvalar, ürəyində isə dünyaya qarşı min illik kin yığmışdı.

O, sadə bir rəhbər deyildi. O, insanlar tərəfindən seçilməmiş, amma özünü göydən endirilmiş kimi təqdim edən bir yaramaz məxluq idi.

Fars Ayətullahları onu İmam Zamanın səsi, “mehdiliyin yardımçısı”, “Qiyamətə qədər rəhbər” elan etmişdilər.

Lakin bir gün, göydən “F-35”, “Jericho”, “Tamir” adlı dəmir qanadlı mələklər gəldi. Həmin mələklər göyü yara-yara, Tehranın üstünü bürüdü. Fars ayətullahı isə qorxudan duaları tərk edib bunkerə sığındı.

Yeraltı sığınacaq indi onun siyasi minbəri, teokratik mağarası olmuşdu.

Beləliklə yeni bir əfsanə yarandı:

“Ayətullah yerin altına çəkildi, çünki raketlərə qarşı dua kifayət etmədi.”

Fars-şiə mollaları bunu belə yozdular:

• “Bu, Qeybə çəkilmə ayinidir. O, Mehdi kimi bir gün çıxacaq”.

• “Əli Xameneyi indi yerin altındakı Nur otağında Amerika ilə psixoloji müharibə aparır”.

• “Bu, farsçılığın dərin dövlət mərhələsidir”.

Lakin insanlar isə belə deyirdi: “Bu necə bir dini rəhbərdir ki, yerin altından fitva verir?

Belə gedərsə o, təhlükə keçənə qədər orada qalacaq – bəlkə də sonsuza qədər”.

Əfsanənin sonu yoxdur, çünki hələ də o yeraltı kürsüsündə oturur. Mehdi də gəlməyib. Raketlər də getməyib. Amma bunkerin içi isti, təmiz və “Wi-Fi”ı var.

 





21.06.2025    çap et  çap et