Ekspertlər bildirirlər ki, “Ağır su reaktorları 2015-ci ildə İranla nüvə müzakirələrinin mərkəzində idi. Bunlar plutonium üzərində işləyən nüvə reaktorlarıdır. Bu həm də alternativ nüvə bombası istehsalının ikinci yolunu təqdim edir. Əhəmiyyətli məqam budur ki, müharibə başlayandan İsrailin hücumlarının gecə-gündüz, İranın hücumlarının isə yalnız gecə olduğunu görürdük. Əraq nüvə obyektinə edilən hücumdan sonra İranın hücumları gündüzlər gerçəkləşməyə başladı, yəni rejim axşama qədər gözləmədi. Əraq reaktoruna hücumu İsrailin məqsədinə çatmasının ciddi cavabı kimi xarakterizə etmək olar”.
***
Əraq reaktoru obyekti İranın kritik mərkəzlərindən biridir. İsrailin bu obyektə hücumu bölgəni nüvə müharibəsinə sürükləyə bilərmi?
“Əslində İranın bütün nüvə obyektlərinə hücum var. Bu müharibənin məqsədi də İranın bütün nüvə potensialına zərbə və İranın silaha çevrilə biləcək uran ehtiyatını pozmaqdır. Bu hücumlar əslində nüvə silahı istehsalı həddini keçdiyini iddia edən bir dövlət üçün dayandırma strategiyasıdır”.