“Güney Azərbaycanın şəhərlərində yaşayan soydaşlarımız İran rejiminin təcavüzkar siyasəti nəticəsində hava hücumlarına məruz qalır. Hədəf hərbi obyektlər olsa da, mülki əhali arasında qorxu və gərginlik hökm sürür. Belə şəraitdə Azərbaycan dövlətinin İsraildən mülki bölgələrin qorunması ilə bağlı irəli sürdüyü tələblər soydaşlarımız tərəfindən minnətdarlıqla qarşılanıb.
Biz, Güney Azərbaycanın təşkilatları olaraq, bu prinsipial mövqeyinizə görə Sizə təşəkkür edirik. Bu, Türk Dövlətləri Təşkilatının son zirvəsində soydaşlarımızın hüquqları ilə bağlı ifadə etdiyiniz fikirlərin davamıdır.
Hazırda İranın zəifləyən mərkəzi hakimiyyəti fonunda PJAK kimi terrorçu qrupların sərhəd bölgələrimizi hədəf alması yeni təhlükə yaradır. Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır, lakin Azərbaycan dövlətinin bu məsələdə dəstəyinə ehtiyac var.
Bu savaş xalqımıza İran rejimi tərəfindən təhmil edilib; soydaşlarımız müharibə istəmir. Göstərdiyiniz həssasiyyətə görə bir daha təşəkkür edirik”.