Vaxt.Az

Raket qurğuları hədəfə alınıb


 

İsrail ordusu İranın qərbinə yeni zərbələr endirib

Raket qurğuları hədəfə alınıb İsrail ordusu ABŞ-ın üç böyük nüvə obyektinə hücumundan bir neçə saat sonra İranın qərbindəki raket buraxılış sistemləri də daxil olmaqla hərbi hədəflərə yeni zərbələr endirib.

Ordunun bəyanatında deyilir ki, hava qüvvələri İranın qərbindəki hərbi hədəflərə, o cümlədən İsrailə doğru atılmağa hazır olan raket qurğularına və İran əsgərlərinə zərbələr endirib.

Məlumata görə, İsrail ordusu son zamanlar İsrail ərazisinə raket atmaq üçün istifadə edilən platformaların hədəf alındığını təsdiqləyib.

İsrail və İran arasında münaqişə onuncu gününə qədəm qoyarkən, ABŞ Prezidenti Donald Tramp bu səhər ABŞ ordusunun İranın üç nüvə obyektinə, o cümlədən yeraltı Fordo uran zənginləşdirmə obyektinə çox uğurlu zərbə endirildiyini açıqladı.

 





22.06.2025    çap et  çap et