Vaxt.Az
“Təşəkkür, cənab Prezident”
Təl-Əvivin mərkəzində Tramp üçün nəhəng pankartlar asıldı
ABŞ-ın İrandakı nüvə obyektlərini hədəfə alması Yaxın Şərqlə bağlı narahatlığı daha da artırsa da, İsrail ictimaiyyəti bu addımı alqışlayıb. Tel-Əviv küçələrindəki nəhəng pankartda ABŞ prezidenti Donald Trampa “Təşəkkürlər, cənab Prezident” mesajı çatdırılıb.
Tel-Əvivdəki mərkəzində, çox məşhur bir prospektdə, trafikin
çox sıx olduğu əsas yolun kənarındakı goydələnlərdən yan-yana asılan
plakatlarda bir gün əvvəl “Cənab Prezident, bu işi bitir” yazılmışdı. Hücumdan
sonra həmin plakatlarda Donald Trampa təşəkkür mesajı çatdırılıb. İşıqlı
plakatlar gecənin qaranlığında da çox uzaq məsafədən çox rahatlıqla görünür və
oxunur.
22.06.2025
çap et