Şənbə günü yayımlanan mətbuat brifinqində Zelenski bildirib ki, Rusiya “silah istehsalında istifadə etdiyi dəzgahları bir sıra ölkələrdən alır”. Zelenskinin sözlərinə görə, sözügedən şirkətlər arasında 15 Tayvan, 13 Almaniya, 8 Çexiya, 6 Cənubi Koreya və 3 Yaponiya şirkəti var.
***
Bir şirkət həmçinin ABŞ-dan az sayda komponentlər tədarük edir. Zelenski sözügedən şirkətlərin adlarını bildiyini, lakin adlarını çəkmədiyini vurğulayıb və onlara qarşı sanksiyaların tətbiq edilməsini istəyib.
“Biz bütün məlumatları hamıya, tərəfdaşlarımıza, Avropa Birliyinə və ABŞ-a təqdim etmişik”, – deyən Zelenski, “Biz hamını bu şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq”.
Kiyev ümumilikdə 26 ölkəyə şirkətlər haqqında məlumat verib.